تبليغاتX
آنتی لومپن!!! - (Çağdaş gənc şerimizə tənqidi baxış)
ادبی فیریلداقچیلیغا، شارلاتانبازلیغا ســــــون

(Çağdaş gənc şerimizə tənqidi baxış)

duman ərdəm poeziyasının fərqliliyi

cəfər büzürg əmin

 

Bu gun gənc şairlərimiz sırasında,başqalarından tam fərqlənən bir şair duman ərdımdir.duman ərdəmin fərqili şerilə yanaşı,onun fərdi və ictimayi davranışları və inanclarında da bu fərqlilik görünməkdədir.mən duman ərdəmi,sınırsız və heç kilişəvi çərçivələrə sığışmayan, bir asi gənc şairkimi düşünürəm.bu sınırsızlıq,çərəivəsizlik və onun şerlərinin forma,dil və məzmun çilpaqlığı və vəhşiliyində aydıncasına görünür.həmin bu özəlliliklərdən dolayı duman ərdəmin şerləri daha doğal və səmimidir.oxucunun şairə olan güvəncini və inamını artırır.dumanın şerlərindən özünə çatmaq daha qolaydır və şerləri tam özüdür,yaşadığı durum və toplumdur.ilgiləndigi küçə-baca və bazar-güzər addi adamlardır.bu şerlər maskasız,yalansız və rovşənfikr bazlıq əda-ətvarlarından uzaqdır.belənçi bir özəllik azaraq şairdə buluna bilər daha doğrusu.duman ərdəm tam yaşadığı real çağın evladıdır.duman ərdəm iran-azərbaycanının ən realist şairidir.onun zehn və dil quruluşu,şerlərinin fəzasi eskilikdən iraqdır.duman şerlerində həm modern və həm post-modern şairkimi çıxış etməkdədır.duman ərdəmin ilk şairanə təcrubəsi olan (öp ölümünü) şer toplusunda,bir azərbaycanlı gənc şairin toplumsal olaylara və qonulara tam fərqili bəyan və baxış və imgəsəl anlatımla(bəyane tasviri) canlandira bilmişdır.bu şer toplusunda ,toplumun və cəmiyyətin qərardadi ,sünnəti və addi dəblərinə və baxişlarının tərsinə şaşırdıcı baxışlar gözə dəyməkdədir.duman ərdəm duyduqlarını,denediklərini ,yaşadığı anları qanı və iligilə ləms etdiklərini özel və fərqili şairanə baxış və etgiləndirici duyğu və hiss ilə oxucuya köçüre bilmişdır.(çatışmamazlıqlarıla yanaşı). Duman erdəm şerlərində iran azərbaycanının sigortasız,yiyəsiz və üsyangər gənc nəslinin gizli və iç istəklərini,nisgillərini və çeşitli acı-ağrılarını və hətta cinsəl niyazlarını cəsarətlə imgəsəl anlatimla göz önünə çəkmişdir.duman ərdəmin şerlərində post-modern şerin özəlliklərindən olan: satira elemanı,quruluşsuzluq,çeşitli və paradoxikal fəza və duyğu və düşüncələrə rast gəlirik.bir neçə uğurlu şerini dinlədikdə onun şer karakterini və yeniliklərilə yanaşi çatışmamazlıqlarınıda araşdırıb incələyək: muxalifəm/

gecəilə/gundüzlə/qarayla/ağla/gülləilə/güllə/barışla/savaşla/ öpüşlə/döyüşlə/sağla/solla/diktatorla/azadlıqla/səninlə/onunla/menimlə/ muxalifəm men/muxalifətlə/. Məncə bu şer tam paradoksikal bir şeridir.bu şer anlam və məzmundan öncə bir forma şeridir.çelişkilik şerin dişarı forma ,bəyan(anlatim)və məzmunla birləşdikdə yeni bir zehni forma yaradıb,sankı üç boyutlu(seboadi) bir imgəkimi oxucunun göz önündə canlanmışdır.bu şerdə hərşey sorumlanıbdır.üzəysəl(səthi)bir baxışda oxucu şerin təzadlı və anlamsız olduğunu və şairin toplumun tam olumlu və olumsuz qonu və görüngülərinə(pədidə)və gənəlliklə tam yaşama qarşı olduğunu və bir tür nehyilism düşünür.hətta barış və azadlıq kimi insan həyatına gərəkən qonuları. amma dərindən bu şerin anlamının alt qatlarını düşünürkən,şair bir gənc olaraq,çağımızın gərgin və paradoksikal gedişindən dolayı,barış və azadlıq kimi qonuların içi boş və oyuncaq kimi yapilmasi,bu gənc nəsilin heç nəyə inanmamasına və muxalifət və qarşı olduğuna nədən olmuşdur.bu ayıq-sayıq gənc nəsil hər nəyə qarşıdır,hər nəylə muxalifdir,hətta muxalifətin özü ilədə muxalifdir.bu gun amerika və avrupa və hətta üçüncü ölkələrdə bezmış və cana gəlmiş anarşistkimi düşünülən gənclərin baş qaldırmaları,hər şeyi dağıdıb şaşırdıcı və hətta bəzən əxlaqsız davranışları bu günkü sənət-ötəsi(pəsasənəti) toplumsal durumlarının sunucudur.bu gənc bu gərgin durumda nə etməlidir! Nəyə və kimə inanmalıdır! Bu muxalifət başqa yöndən əsrimizin kəsinliksizliginə(ədəmi qətiyyət) işarədir.heç nə kəsin və qətii deyil,və bu paradoksikal düşüncə ,duyğu vədavranişlar çağımızın insanını çulqamışdır daha doğrusu.bu şer formacada yenidir və bu yenilik qarşılıqlı sözcüklərin paradoksikal durumundan doğulmuşdur.bu şer məzmunca bu günkü yiyəsiz və gergin durumda yaşayan gənc nəsilin,onlara qarşı özünü sorumlu (məsul) bilməyən topluma və güc tanrıcıqlarına bir baş qaldırmadır.bu şerdə barış və azadlıq və... kimi qonulara kilişəvi öymə-sevmələr üzərində şuar vermələrdən xəbər yoxdur daha.yalnız bıkmış və sərsəm dutmuş gənc nəsilin doğal və görünən davranışıdır.əyri-düzün və gerçək-yalanın qarmaqarışıq durumuna qarşı.başqa bir örnəyi dinləyək;

Görəsən mən xoşbəxt olacağammı?/ yaxşı bir ev/luks bir araba alacağammı?/abırlı bir iş tapacağammı?/ borclarımı ödəyəcəyəmmı?/ o qız mənə zəng vuracaqmı?barışacaqmı?/(geçir gözlərimdən qarayazı)/lütfən işinizi bitirdikdən sonra bir aftafa/su tökün.

bu şer tam sorğular formasıdır.sorğuların tikrari oxucunu mətnə qatıb bir gəncin diləklərilə ortaqlaşmasina imkan yaradır.şerin son iki sətiri daha maraqlı,dutarlı və gizli satirayla ifadə olunmuş bir aci gerçəkdir.üzdən yanaşanda şerin sonu quruluşca yuxarıdakı sətirlərilə ilgisizdir.amma dərindən duyub ğayib anlam arayanda,bir örgənsəl(organik)ilgi var şerin anlaminin alt qatlarında və sətirlərin arasında.oda bir gənc nəsilin tam arzularının satira ləhnilə puça çıqmasını anlatir.və şuar vermədən və açıqcasına ifadə etmədən çox gizli və ibhamlı .duman ərdəmin şerlərinin fəzaları,toxunduğu qonular,yararlandığı sözcük və nəsnələr(əşya)tam yenidirlər;

Nə fərqi var kənd yerində qalaq olsun/ metropolda hotel/ ...

Bu əsəbi tiki unudsam/ sənidə unudaram/

Mən azərbaycanli bir işsiz-siqortasız/sevgilim nikaragoəli bir kənd öyrətməni/gecelər internetdə sevişirik/görüşmürük/ sevişirik/bugun sabah/ bir anglosakson doğacağıq/

Qızlar vitrindəki saatlar kimidirlər/gözəl,incə,dəyərli/hamısı batrısız/....

Ömürdən səhər çağlarını sevirəm/qızlarla çay içməyi parkda/

Her gün yolum üstə şütlədiyim konserv/qutularının/mənə olan nifrətlərini bir anlasam/

Gözlərin/bardağimda/JOHN WORKER/ şominəmdə közərir(cipsi king)-in mahnıları.

Vitrindəki qurudulmuş göyərçin/inqilab fikrində/bir gün uçacaq/

Duman ərdəm başqa şairlərimiz kimi özünə özəl olaraq şairanə dil bula bilməmişdir.və onun şeri başqa şairlərimiz kimi hələ dil şeri olmayaraq şerlərində dil bir araçkimi qullanılmışdır.gənəlliklə çağdaş şerimizdə şairlərimiz dil şerinə çata bilməmişlər,və şerlər gənəlliklə dilimizin gıramer prinsiplərini və nəhvini qoruyub və şerimizdə dil amackimi qullana bilməmişdir daha doğrusu.duman ərdəmin şer yaradıcılığının karakteri əsas iki yöndə başqa şairlərilə fərqilənir:

1-birisi onun tam fərqili baxişi(toplumun alışqan və qərardadi baxışları tərsinə)

2-cəsarətlə yaşadığı anları açıqcasına və çılpaqcasına şairanə təsvir etməyidir.:

Gözəl qızcığazları sevmək nədirki/ oğulsan bulvardakı qəhbəyə vurul/

Tam dəblər və alışmış baxışlar tərsinə və tolumun sərmayaçılıq düzənının qurbanisi olan ayaqlar altina düşmüş,özünü satişa qoyan fahişələrə yeni bir baxış və onlarla dərd birlik.

Sənə şer yazmayacağam ana/ mütləq(belə deyil)/ sen məni bir yol yazdın/min yol yetər/

Toplumun anaya qutsal baxışı tərsinə,şair ona şer yazmağa söz vərməyir və onu öz doğumu üzərindən sorumlayır və dünyaya göz açdığından heç də xoşlanmayır.(toplum bu gənc nəsilə nə vermiş ki doğumundan razilaşa belə).

Bir gün qıtlıq olursa/ aclıq bürüsə dünyamızı/bağışla sevgilim/ bəlkə meyyitini yiyən ilk adam/mən oldum/

şair zordurumda bir addice insan olaraq öz yaşamını qorusun diyə ən sevdigi sevgilisinidə yiyən özü ola biləcəyinə etiraf edir yalançı rumantik bazlıqdan iraq.

Yurduna qayıtmağa tələsməyən bir qaranquş/varsa/ o mənəm/

Doğrusu bu şerdə muhacirət və surgundən yurda qayitmağa və onun özləminə tam tərsinə bir baxış deyilmi?. tamam şerlərdə gənəlliklə surgünlər yurda dönməyə dözümsüzlüklə tələsərlər,gün sayarlar və bu dönüş üzərindən ürək döyüntülərini şerə çəkərlər.amma nədən burda şair və ya sürgün birisi yurduna qayitmağa tələsməyir.bu tələsməmək yoxsa yurdunun durumundan asılıdır?!

Darıxma basanda yatanmayanda/nə dava-dərmanda əlac axtarıram/ nədə pesiqoloqların sarsaqlamalarımda/ iki eşşəyin arpasını bölənməzlər(onlar).

Radiyoların dalğalarında yaşayan/bütün dəlilərə sunulur.

Küçəmizdə şeyini çıxarıb ona-buna/göstərən dəlini/lağa qoysalarda/mən daha sayqılı görürəm onu bu/ ziyalılardan/.

Demək şair bir üzlü dəlini hoqqabaz və rol keçən ziyalılardan doğru-dürüst düşünür və necə fərqili və ters baxış.duman ərdəmin şerlərində çağımızın yeni qonuları üzərə iti şairanə satiralar yerləşmişdir:

Hələ qırx il bundan qabaq/atamın qulağını kəsmişdi savak/evindən marksın kapitalını tapanda/indisə gözümün dibində/imam xiyavanında/müsəlla önündə/yerə sərilib hırıldayırlar/istalin,lenin,bütün bolşevik törəmələri/

Gecə gündüzümüzü əlimizdən alan/demokırasıdən mırıldayan/liderler/dördyollarda qırmızı çırağı/saymadan keçirlər/.

Və ən dərin,ən güclü və ibhamlı və iti satira 5-ci şerin sonunda görünür.duman ərdəmin şerlərində humanism duyğulari şuar vermədən yeni şairanə forma və dil-içi imgələrlə canlanmışdır:

Ağladım/ürəyim bulandı/qusdum/sancılandım/bağırdım/qonşu qadını doğdu/

bu şerdə forma və içərik birləşməsi və yalnız şerin zehni formasi ən gözəl və şairanə durumda canlanmışdır

Çapxanada işləyən qızlar/dünyanı köçürdülər kağızlara/yazdılar/bircə sevdikləri ad qaldı\

Gözəl qızcığazları sevmək nədirki/oğulsan bulvardakı qəhbəyə vurul/

Radiularin dalğalarında yaşayan/ butun dəlilərə sunulur/

Duman ərdəmin şerinin dili gənəlliklə normal yazisal və bəazən muhavirə dildə yazılmışdır və bu üzdən yekdəst və özünə özəl bir nəhv yarada bilməmişdir(bu çatışmamazlıq tam şairlərimizdə az-çox görünməkdədir.bir çox şer adlana bilməyən yazılarının yazılmasına gərək yoxuydur. Ilk şairanə təcrübələrdə belənçi çatışmamazlıqlar tam doğaldır.(əlbetdə bugun illər boyu şer yazıb-pozanlarımızda da bu çatışmamazlıq hələ aradan qaldırılmayıbdır).

Dumanin şeri tam çatışmamazlıqlarıla yanaşı farqılı baxışlı və fəqili karakterli şeridir .

Öp ölümünü şer toplusunun uğurlu şerləri mənce bunlardır:

2-şer/3-ncu/4-cu/5-ci/9-cu/12-ci/14-cu/16-ci\17-ci/21-ci/23-cü/25-ci/35-ci/40-ci/45-ci/49-cu/50-ci/52-ci\57-ci/58-ci/

Bu gün ədəbi tənqidimiz gənəlliklə şerimizi və özəlliklə gənc şerimizi eleştirəndə yaradıcılıqların gəlişmə və irəli sürməsinə imkan yaratmalıdır.(acımasız eleştirmə görəvini yerinə gətirməklə yanaşı).

 

+ نوشته شده در  چهارشنبه سیزدهم آذر 1387ساعت 21:16  توسط م.سومر، د.آرانلی، ر.خزرلی  |